Ana Sayfa > Karusel / Gündəm > “Xüsusi nümayəndələrin görüş vaxtı hələ təyin olunmayıb”

“Xüsusi nümayəndələrin görüş vaxtı hələ təyin olunmayıb”


27-12-2021, 15:31. Yazar: Admin

“Xüsusi nümayəndələrin görüş vaxtı hələ təyin olunmayıb”

 

“Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında keçiriləcək görüşün tarixi barədə hələ ki, razılıq əldə olunmayıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaaqn Unanyan öz feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, görüşün Moskvada keçirilməsi imkanları müzakirə olunur.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün baş tutan brifinq zamanı sözügedən görüşün Moskvada keçirilə biləcəyini açıqlayıb.


Geri dön