Ana Sayfa > Karusel / Region > Paşinyanla Arutyunyan niyə dalaşır?
Paşinyanla Arutyunyan niyə dalaşır?27-12-2021, 14:53. Yazar: Admin |
Qarabağda qondarma rejimin başçısı Araik Arutyunyanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında ziddiyyətlər açıq müstəviyə çıxıb. Separatçı liderinin Paşinyanı sərt üslubda tənqid etməsi Ermənistanda yeni siyasi şərait yaradıb. Arutyunyanla Paşinyan arasındakı müanqişənin kökündə nə dayanır? Tərəflər arasındakı ziddiyyətlərin açıq müstəviyə çıxması hansı nəticələr doğuracaq? Qarabaginfo.az-a açıqlamasında siyasi şərhçi Fəqani Məhərrəmli qeyd edib ki, Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında ziddiyyətlər tarixən mövcud olub: “Sovetlərin dağılması ərəfəsində Qarabağ ermənilərinə verilən yalançı vədlərin heç bir vaxt gerçəkləşməyəcəyi tam yəqin olduqdan sonra köhnə ziddiyyətlər yenidən, daha qabarıq şəkildə ortaya çıxmağa başlayıb. Bu ziddiyyətlər daha da dərinləşərək davam edəcək. Qəhrəman ordumuzun sarsıdıcı zərbələri ilə darmadağın olan "erməni ittifaqı", diplomatiyamızın həmlələri ilə son kərpicinə qədər yıxılacaq. Artıq Qarabağ erməniləri aldadıldıqlarının, satıldıqlarının fərqindədirlər. Nikol Paşinyanın və Araik Arutyunyanın son çıxış və bəyanatları da göstərir ki, hər iki tərəf artıq özünü xilas etməyin yollarını axtarır”. Şərhçinin sözlərinə görə, Ermənistan Baş nazirinin Qarabağ ermənilərinin statusu ilə bağlı Azərbaycan Respublikası Konistitusiyasını əsas göstərməsi ziddiyyətlərin daha qabarıq ortaya çıxmasına səbəb olub. “Ziddiyyətlər dərinləşdikcə, köhnə sandıqlar açılıb, içindəkilər yerə töküldükcə sadə erməni vətəndaşları, eləcə də bütün dünya erməni terrorunu, erməni siyasi hiyləgərliyini daha açıq və aydın görəcək. Eyni zamanda, separatçı, cinayətkar Araik Arutyunyan və komandası da bir gün törətdikləri cinayətlərin hesabını verəcəklərini yaxşı bilir. Buna görə də, hay-həşir salır, statusdan, özünüidarəetmədən danışıb, yenə ermənilərin gözünə kül üfürmək istəyirlər. Gündəlik erməni mətbuatında nə erməni ictimaiyyətini, nə də siyasətçilərini Qarabağ erməniləri, son status düşündürür. Hər kəs canının hayındadır. Nəhayət, Qarabağ erməniləri anlayacaq ki, onların Azərbaycandan başqa gedə biləcəkləri başqa ünvan, döyəcəkləri başqa qapı yoxdur. Gözükölgəli, başıaşağı olsa da, onlar yalnız müstəqil və güçlü Azərbaycan dövlətinin vətəndaşları olaraq rahat yaşaya bilərlər”. Geri dön |