Ötən cümə günü, dekabrın 24-də, Kosırevka kəndində “Gənc ürək” sirkinin 66 yaşlı direktoru Vladimir Qaponovun meyiti şəxsi evdə tapılıb. Hadisə yerinə gələn müstəntiqlər və məhkəmə-tibb ekspertləri müəyyən ediblər ki, kişi çoxsaylı döyülmə və kəllə-beyin travmasından dünyasını dəyişib.
Cinayəti törətməkdə şübhəli bilinərək saxta sənədlər hazırladığına görə federal axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb. Hazırda istintaq aparılır.(virtualaz.org)