Ana Sayfa > Karusel / Kriminal > Abşeronda marşrut avtobusu qəzaya düşdü: Yaralılar var

Abşeronda marşrut avtobusu qəzaya düşdü: Yaralılar var


6-02-2019, 12:20. Yazar: Admin

Abşeronda marşrut avtobusu qəzaya düşdü: Yaralılar var

Abşeron rayonunda 551 saylı marşrut avtobusu qəza törədib.

"Qarabaginfo" xəbər verir ki, bunu Open.az-a açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətininin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, hadisə bu gün Abşeron rayonun Atyalı adlanan qəsəbəsində baş verib: "İlkin məlumatlara görə, avtobusun əyləc sistemi tutmayıb, idarəetməni itirərək TIR-a çırpılıb. Bu hadisəyə qədər daşıyıcı şirkətə avtobusların yenilənməsi ilə bağlı iki dəfə xəbərdarlıq edilib. Avtobusun sürəti çox olmayıb. Xəstəxanaya 3 nəfər yerləşdirilib. 6 nəfər isə yerindəcə müayinə olunub".

Qeyd edək ki, hadisə barədə ilk xəbəri oxu.az saytı yayıb.


Geri dön