Ana Sayfa > Karusel / Region > "İrəvan belə dedikdən sonra "qondarma respublika" suya düşmüş olacaq" - Paşinyan və Arayik QARŞI-QARŞIYA

"İrəvan belə dedikdən sonra "qondarma respublika" suya düşmüş olacaq" - Paşinyan və Arayik QARŞI-QARŞIYA


27-12-2021, 14:16. Yazar: Admin
“İrəvan belə dedikdən sonra “qondarma respublika” suya düşmüş olacaq” – Paşinyan və Arayik QARŞI-QARŞIYAvk sharing button

“Fransada prezident seçkiləri yaxınlaşır və namizədlərdən olan Valeri üstünlük əldə etmək üçün publika manipulyasiyası strategiyasını işə salıb. Fransada erməni lobbisinin idarəçiliyə güclü təsirə malik olduğunu, əhali arasında bu etnik qrupun çoxluq təşkil etdiyini nəzərə alsaq Valerinin niyə belə etdiyi aydın görünür”.

Bu barədə Qarabaginfo.az-a açıqlamasında siyasi şərhçi Elman Vəliyev fikir səsləndirib. O bildirib ki, namizədlərin seçki strategiya və taktikaları olur: “Çoxluq təşkil edən qruplar arasında manipulyasiya ən alternativ üsullardandır. Namizədin imici üçün özünü “canıyanan” kimi aparması mühüm rol oynayır. Biz bunun analoqunu ABŞ-dakı prezident seçkilərində də gördük. Co Bayden erməni etnik qrupu üçün strategiya qurmuş, şüurlara işləyən vədlər vermişdi. Hesab edirəm ki, bu məsələdə Azərbaycan Fransa tərəfinə bir mesaj verməlidir. Həmçinin təkcə Fransa deyil, bu tipdən olan digər dövlətlərlərə də açıq şəkildə bəyan olunmalıdır ki, Qarabağa səfər üçün Azərbaycanın hüquqları çərçivəsində hərəkət etmək lazımdır. Bu hüquqları gözardı edən hər kəs beynəlxalq hüququn müddəalarına zidd addım atmış olar. Haqlı tərəf olaq Azərbaycan da layiqincə adekvat cavab verə bilər”.

Elman Vəliyev - Publika.Az

Politoloq əlavə edib ki, Soçi görüşü və Brüssel sammitinin Azərbaycanla Ermənistan arasındakı problemlərin çox hissəsini həll etdiyini demək mümkündür: “Baş Nazir Nikol Paşinyan “Arsaxın” statusunun mümkün ehtimalının olmadığını bildirmək istəyir. İki tərəfli razılaşmaya əsasən Qarabağda azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərlər. Hesab edirəm ki, Paşinyan bu faktoru kütləyə yavaş-yavaş yeritmək niyyətindədir. Araikin də buna etiraz etməsi normaldır. Bilir ki, rəsmi İrəvan belə dedikdən sonra “qondarma respublika” suya düşmüş olacaq. Qondarma respublika olmadıqdan sonra Arayik nə işə yarayacaq ki?.”


Geri dön