Ana Sayfa > Karusel / Sosial > Ötən il meşələrdən 59,7 ton meyvə yığılıb
Ötən il meşələrdən 59,7 ton meyvə yığılıb6-02-2019, 12:18. Yazar: Admin |
Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti Azərbaycanın 42,3 min hektar meşə fondu torpaqlarına xidmət göstərib, o cümlədən 10,2 min hektarda meşəbərpa tədbirləri aparılıb. "Qarabaginfo" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Ümumilikdə 2018-ci ildə meşə ilə örtülü sahələrdən 59,7 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilib ki, bunların da 14,5 tonu qoz, 3,1 tonu şabalıd, 2,5 tonu ərik, 1,7 tonu badam, 1,2 tonu şaftalı, 0,5 tonu gilas, 0,3 tonu xurma, 0,1 tonu fındıq toxumlarının payına düşüb. Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycanda qadağan edilən sahələrdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə ödənişlər müəyyənləşdirib. Geri dön |