Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanın XİN başçısı İranla əldə olunan razılaşmalardan danışıb
Azərbaycanın XİN başçısı İranla əldə olunan razılaşmalardan danışıb27-12-2021, 12:25. Yazar: Admin |
“İranla Xarici İşlər Nazirliyi səviyyəsində siyasi məsləhətləşmələrin mütəmadi qaydada keçirilməsi barədə razılığa gəldik. Bu ən azı 6 aydan bir olacaq”. Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında söyləyib. “Azərbaycan və İran XİN-ləri arasında kommunikasiya sahəsində İşçi qrupun yaradılması razılığı əldə olunub. İşçi Qrupa Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ilə İran XİN sözçüsü rəhbərlik edəcək”, - C.Bayramov bildirib. Geri dön |