Ana Sayfa > Karusel / Siyasət > Nazir Azərbaycanın builki xarici siyasət fəaliyyətindən danışıb

Nazir Azərbaycanın builki xarici siyasət fəaliyyətindən danışıb


27-12-2021, 11:42. Yazar: Admin

 

Ceyhun Bayramov: "Ermənistanın müsbət addımlarına müsbət cavab verəcəyik" - 18.10.2021, Sputnik Azərbaycan

"2021-ci ildə Azərbaycan müstəqil xarici siyasət yürütməkdə davam edib. Bu il Azərbaycanın xarici siyasət baxımından əsas prioritetləri regiondakı yeni reallıqlar fonunda münasibətlərin inkişaf etdirilməsi, həmçinin müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi olub".

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında bildirib.

“44 günlük müharibədə qazanılan qələbədən sonra regionda formalaşmış yeni reallıqlar konteksində Azərbaycan BMT, ATƏT, Aİ, Avropa Şurası, İƏT və bir sıra digər regional platformalar daxil olmaqla, bütün mümkün çərçivələrdən istifadə edərək öz mövqeyini dünya ictimaiyyətinə çatdırmağa çalışıb”, - Ceyhun Bayramov deyib.


Geri dön