Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov: “Bu il Azərbaycan ikitərəfli əlaqələri inkişaf etdirib”

Ceyhun Bayramov: “Bu il Azərbaycan ikitərəfli əlaqələri inkişaf etdirib”


27-12-2021, 11:35. Yazar: Admin

Nazir Ceyhun Bayramov “Hədəf”də təhsillə bağlı sualları cavablandırdı


2021-ci ildə Azərbaycan ikitərəfli əlaqələri inkişaf etdirib, bu istiqamətdə ardıcıl işlər görülüb.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, il ərzində 10 ölkənin XİN başçısı Azərbaycana rəsmi səfərə, 8 ölkənin XİN başçısı isə işgüzar səfərə gəlib.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan beynəlxalq tərəfdaşlarla 27 yeni müqavilə imzalayıb, eyni zamanda, indiyədək imzalanmış 17 müqavilə təsdiqlənərək qüvvəyə minib.


Geri dön