Ana Sayfa > Karusel / Gündəm > Deputat tələbələri Qarabağda işləməyə göndərməyi təklif etdi

Deputat tələbələri Qarabağda işləməyə göndərməyi təklif etdi


27-12-2021, 11:33. Yazar: Admin

 

Deputat tələbələri Qarabağda işləməyə göndərməyi təklif etdi

 

Deputat Aqil Abbas Gənclər və İdman Nazirliyinə müraciət edərək tələbə-inşaat dəstələrinin yenidən bərpa olunmasını təklif edib. 

Qarabaginfo.az-ın məlumatına görə, indi azad olunmuş ərazilərdə çox böyük quruculuq işləri aparılır: “Ağdamda da hazırda bu proses davam edir. Tələbə- inşaat dəstələri yenidən bərpa olunsa, bu, 10 minə qədər işçi qüvvəsi deməkdir. 

Gənclər və İdman Nazirliyindən xahiş edirəm ki, bunu formalaşdırsın. Bu, könüllülük prinsipidir, amma tələbələr hamısı gedəcəklər. Bu, Qarabağ üçün çox vacibdir, işçi tapılmır. Verdikləri maaş da maaş da deyil.

Tələbə isə 300-400 manata Qarabağda gedib işləyəcək. Necə ki, ölümə gənclər getdilər. Belə də pulsuz da işləyə bilərlər”. 


Geri dön