Ana Sayfa > Karusel / Dünya > Vyanada İranla nüvə sazişinin bərpası üzrə danışıqların 8-ci mərhələsi başlayır
Vyanada İranla nüvə sazişinin bərpası üzrə danışıqların 8-ci mərhələsi başlayır27-12-2021, 09:13. Yazar: Admin |
Vyanada bu gün İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpası üzrə danışıqların 8-ci mərhələsi başlayır. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, iclas İranın Birgə Komissiyasının və beynəlxalq vasitəçilərin (Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransa) iştirakı ilə açılacaq. Nümayəndələr BHFP-nin ilkin formada həyata keçirilməsi perspektivləri, eləcə də ABŞ-ın çoxtərəfli razılaşmaya qayıtması məsələsinin müzakirəsini davam etdirəcəklər. Danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, 8-ci mərhələ sonuncu ola bilər: “Lakin bunun üçün uzun zaman olmalıdır, çünki orada çox böyük həcmdə iş görülməlidir. Bütün danışıqları yanvarın sonu - gələn il fevralın əvvəlinə qədər başa çatdırmağa çalışmaq üçün ümumi niyyət var”. Qeyd edək ki, Vyana danışıqlarında İran və ABŞ nümayəndə heyətləri arasında hələ də birbaşa əlaqə yoxdur. Tərəflərin dialoqu dolayısı ilə Avropa İttifaqının koordinatoru vasitəsilə gedir. Bununla bağlı Ulyanov ABŞ nümayəndə heyətinə rəhbərlik edən ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli ilə praqmatik əməkdaşlığı qeyd edib. Rusiyalı diplomat Vyanada görülən işlərdə əhəmiyyətli irəliləyiş əldə etməyə imkan verən Rusiya və ABŞ-ın səylərini ümidverici adlandırıb. Xatırladaq ki, İranın nüvə sazişi üzrə danışıqlar 2021-ci ilin aprelindən Vyanada aparılır. Tərəflər artıq altı mərhələ ərzində hazırlanmış sənədlər əsasında işin davam etdiriləcəyini təsdiqləyiblər. Bildirilib ki, bütün tərəflər BHFP-ni ilkin formada bərpa etməyə çalışır. Beləliklə, tərəflər ABŞ-ın İrana qarşı hansı sanksiyalarının götürülməli olduğunu və İranın nüvə öhdəliklərinə qayıtması üçün nüvə sahəsində atmalı olduğu addımların siyahısını müəyyənləşdirib.(Apa) Geri dön |