Ana Sayfa > Karusel / Dünya > İsrailin Baş naziri qızının koronavirusa yoluxması səbəbindən özünü təcrid edib

İsrailin Baş naziri qızının koronavirusa yoluxması səbəbindən özünü təcrid edib


27-12-2021, 00:13. Yazar: Admin

 

İsrailin Baş naziri qızının koronavirusa yoluxması səbəbindən özünü təcrid edib
Naftali Bennet

İsrailin Baş naziri Naftali Bennet qızının koronavirus testinin müsbət çıxmasından sonra özünü təcrid edib.

Qarabaginfo.az xəbər verir ki, bunu Baş nazirin mətbuat katibi Anna Yonatan-Leus "RİA Novosti"yə bildirib.

"Hökumətin iclası zamanı qızının koronavirus testinin müsbət çıxdığını öyrənən Baş nazir dərhal iclası tərk edib", - Yonatan-Leus vurğulayıb.

Hazırda hökumətin iclasına ədliyyə naziri Gideon Saar sədrlik edir.

Bennet PCR testindən keçəcək və qızı ilə birlikdə özünü təcrid edəcək.


Geri dön