Azərbaycan Universitetinin magistrı Elimxan Əliyev vəfat edib.
Qarabaginfo.az xəbər verir ki, o, dəm qazından boğularaq dünyasını dəyişib.
Məlumata görə o, magistraturaya qəbul imtahanında 93 bal toplayaraq respublika üzrə ən yüksək nəticə göstərənlərdən biri olub.
2016-cı ildə isə qəbul imtahanında 636 balla Azərbaycan Universitetinin tədrisi ingilis dilində aparılan maliyyə ixtisasına qəbul olub.