Ana Sayfa > Karusel / Siyasət > Qumar oyunlarının təşkili və keçirilməsi inzibati xəta sayılmayacaq, cinayət məsuliyyəti yaradacaq

Qumar oyunlarının təşkili və keçirilməsi inzibati xəta sayılmayacaq, cinayət məsuliyyəti yaradacaq


26-12-2021, 18:15. Yazar: Admin

Qumar oyunlarının təşkili və keçirilməsi inzibati xəta sayılmayacaq, cinayət məsuliyyəti yaradacaq

İnzibati Xətalar Məcəlləsinə təklif edilən və qumar oyunlarının təşkilinə və ya keçirilməsinə görə cərimələri nəzərdə tutan 401.1-ci maddə layihədən çıxarılıb.
Qarabaginfo.az xəbər verir ki, bu, sabah Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Milli Məclisdə birinci və ikinci oxunuşda qəbul edilən layihədə əksini tapan 401.1-ci maddəyə əsasən, qumar oyunlarının təşkilinə və ya keçirilməsinə görə inzibati xətanın törədilməsində alət olmuş predmet, habelə qumar oyunlarına qoyulmuş pul vəsaitləri və ya digər əmlak, uduş fondu, həmçinin qumar oyunu nəticəsində əldə edilmiş gəlir müsadirə edilməklə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə edilməsi təklif olunurdu.
Qeyd edək ki, qumar oyunlarının təşkili və ya keçirilməsi ilə bağlı cəzalar və cərimələr Cinayət Məcəlləsində əksini tapacaq. Bununla bağlı Cinayət Məcəlləsində 244-1-ci maddənin (Qumarxana təşkil etmə və ya saxlama) adı dəyişdirilərək “Qumar oyunlarının təşkili və ya keçirilməsi” adlandırılır və bu maddə yeni redaksiyada verilir. Başqa sözlə, qumar oyunlarının təşkili və keçirilməsi inzibati xəta kimi qiymətləndirilməyəcək, cinayət məsuliyyəti yaradacaq.(Apa)


Geri dön