Ana Sayfa > Karusel / Gündəm > BMT-nin Qəddafinin oğlunun seçkilərə buraxılmasına münasibəti açıqlanıb

BMT-nin Qəddafinin oğlunun seçkilərə buraxılmasına münasibəti açıqlanıb


26-12-2021, 17:18. Yazar: Admin

Seyf əl-İslam

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın prezident seçkilərində iştirakına icazə verilməsi ilə bağlı qərar yalnız Liviya və onun məhkəmə sisteminin işidir.

Qarabaginfo.az bildirir ki, bu barədə bu gün Liviyanın Afrigate xəbər portalı BMT baş katibinin Liviya üzrə xüsusi müşaviri Stefani Uilyamsa istinadən məlumat verib.

Məlumata görə, Stefani Uilyams belə deyib:

“Seif əl-İslam Qəddafinin prezidentliyə namizəd kimi iştirakı ilə bağlı qərar yalnız Liviya məsələsidir".

O əlavə edib ki, namizədlərin həm prezident, həm də parlament seçkilərində iştirakının legitimliyi ilə bağlı qərar Liviyanın suveren məsələsidir və Liviya məhkəmə sisteminin səlahiyyətlərinə aiddir.

BMT baş katibinin xüsusi müşaviri vurğulayıb ki, “Liviyanın suveren hüququna və Liviyanın məhkəmə sisteminin müstəqilliyinə istisnasız olaraq hamı tərəfindən hörmət edilməlidir.

Qeyd edək ki, dekabrın 22-də Liviya Ali Seçki Komissiyası dekabrın 24-nə təyin edilmiş seçkilərin təxirə salındığını rəsmən elan edib. Yeni prezident seçkilərinin birinci turunun 2022-ci il yanvarın 24-də keçirilməsini tövsiyə edilib.

Seçki komitəsi qeyd edib ki, ölkədə parlament və prezident seçkilərinin yeni şərtləri ilə bağlı yekun qərarı Liviya Nümayəndələr Palatası (parlament) verməlidir.


Geri dön