Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda son sutkada 511 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Azərbaycanda son sutkada 511 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib26-12-2021, 16:32. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 511 yeni yoluxma faktı qeydə alınıb 1178 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 614 630 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 595 098 nəfər müalicə olunaraq sağalıb, 8 297 nəfər vəfat edib, aktiv xəstə sayı 11 235 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 328, ötən müddət ərzində isə ümumilikdə 5 817 708 test aparılıb. Geri dön |