Ana Sayfa > Karusel / Siyasət > Bakıda mediasiya təşkilatının xidmətə uyğunluğu üzrə monitorinq keçirilib
Bakıda mediasiya təşkilatının xidmətə uyğunluğu üzrə monitorinq keçirilib26-12-2021, 13:59. Yazar: Admin |
Mediasiya Şurası İdarə Heyəti tərəfindən yaradılmış Xüsusi Komissiya Bakı şəhəri 2 saylı Mediasiya təşkilatında monitorinq aparıb. Qarabaginfo.az xəbər verir ki, Xüsusi Komissiyanın sədri Bəylər Məmişov, üzvləri Esmira Hüseynova, Mayıl Əhməd, Elçin Həsənov, Anar İsayev Bakı şəhəri, Xan Şuşinski küçəsi 158 ünvanında yerləşən 2 saylı Mediasiya Təşkilatında olmaqla, təşkilatın yerləşdiyi 250 kv. m. sahədən ibarət olan qeyri-yaşayış binası ilə tanış olub, o cümlədən mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış şəraitin monitorinqini həyata keçiriblər. 2 saylı Mediasiya Təşkilatının təsisçisi İlhamə Həsənova təşkilatda fəaliyyət göstərəcək mediatorlara müraciət edən vətəndaşlar və mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış işgüzar şəraitlə bağlı, o cümlədən təşkilatda kargüzarlıq işinin qanunvericiliyin tələbinə uyğun qurulması barədə Komissiya üzvlərinə geniş məlumat verib. O, gələcəkdə təşkilatın sahəsinin daha da genişləndirilməsinin nəzərdə tutulduğunu bildirib. Komissiya tərəfindən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsi ilə bağlı Nazirlər Kabinetinin 19.07.2019-cu il tarixli, 308 saylı qərarı ilə müəyyən edilmiş ödənişlərlə əlaqədar şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi ilə bağlı təşkilatın təsisçisi İlhamə Həsənovaya müvafiq tövsiyələr verilib. Komissiya tərəfindən təşkilatın ofisinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 11.3.3-cü maddəsinin tələbinə uyğunluğu yoxlanılıb və təşkilatın Mediasiya Şurasının reyestrinə daxil edilməsi məsələsinin müzakirəsi ilə bağlı İdarə Heyətinə təqdim olunması üçün rəy tərtib olunub. Qeyd edək ki, qanuna əasasən, mediasiya təşkilaları fəaliyyətə başladıqdan sonra fiziki və hüquqi şəxslər mediatorun təyin edilməsi ilə bağlı Mediasiya Şurasına deyil, birbaşa təşkilatlara müraciət edə biləcəklər. Geri dön |