Ana Sayfa > Karusel / Gündəm > Rusiyada koronavirusdan ölənlərin sayı 304 218 nəfərə çatıb

Rusiyada koronavirusdan ölənlərin sayı 304 218 nəfərə çatıb


26-12-2021, 12:45. Yazar: Admin

Rusiyada koronavirusdan ölənlərin sayı 304 218 nəfərə çatıb

Rusiyada son sutka ərzində daha 23 721 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Qarabaginfo.az-ın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 392 020 nəfərə çatıb.

Son sutka ərzində 968 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 304 218 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Almaniya, Böyük Britaniya və Fransadan sonra beşinci yerdə gəlir.


Geri dön