Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.
O bildirib ki, axırıncı iki afterşok hiss olunmayıb: "Son iki afterşokun maqnitudası 3-dən yuxarı olub. Hazırda afterşoklar davam edir, hiss olunan və olunmayan afterşoklar ola bilər".
Qurumun sözçüsü qeyd edib ki, xidmətin baş direktoru Qurban Yetirmişli ərazidədir: "Əraziyə baxış keçirilir".
Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, 05.02.2019-cu il tarixində saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.