Ana Sayfa > Karusel / Region > Gürcüstanda “omikron”a yoluxanların sayı 50-ni ötüb
Gürcüstanda “omikron”a yoluxanların sayı 50-ni ötüb26-12-2021, 00:22. Yazar: Admin |
Gürcüstanda koronavirusun “omikron” ştamına indiyədək 51 yoluxma halı təsdiqlənib. Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze yerli Birinci kanala bildirib. Onun sözlərinə görə, yoluxanlardan 5-i 18 yaşdan kiçikdir, onlardan biri 3 yaşlı uşaqdır və azyaşlı xəstəliyi simptomsuz keçirir. Qeyd edək ki, qonşu ölkədə COVID-19-un yeni mutasiyasına ilk yoluxma faktı dekabrın 20-də qeydə alınıb.(Report) Geri dön |