Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə dekabrın 28-də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin rəhbərlərinin ənənəvi qeyri-rəsmi görüşü keçiriləcək.
Bugünkü onlayn mətbuat konfransı zamanı jurnalist Paşinyana sual verib ki, bu sammit zamanı Ermənistan və Azərbaycan liderlərinin görüşünün baş tutub-tutmaması olub.
“Bəli, iştirak edəcəm. Amma hazırda rəsmi ikitərəfli görüş təklifi yoxdur, lakin Azərbaycan prezidenti ilə mütləq təmas olacaq. Sammit qeyri-rəsmi olduğu üçün bütün təmaslar qeyri-rəsmi olacaq, lakin ünsiyyət mütləq olacaq”, - Paşinyan cavab verib.(virtualaz.org)