Ana Sayfa > Karusel / Gündəm > Siyavuş Novruzov səhhəti ilə bağlı sualı cavablandırıb
Siyavuş Novruzov səhhəti ilə bağlı sualı cavablandırıb5-02-2019, 16:39. Yazar: Admin |
“Özümü yaxşı hiss edirəm, gördüyünüz kimi, hər zaman iş başındayam”. "Qarabaginfo"" xəbər verir ki, bunu teleqraf.com saytına müsahibəsində YAP İcra Katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bir müddət əvvəl səhhəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib. Deputat istirahətə getmədiyini vurğulayıb: “Yayda Naxçıvana gedirəm, seçki dairəm də oradadır, gedib seçicilərimlə görüşürəm”. S. Novruzov həmçinin Məhəmməd Əmin Rəsulzadənin Novxanıda barelyefinin oğurlanması ilə bağlı məsələyə də münasibət bildirib. Millət vəkili bu barədə məlumatının olmadığını vurğulayıb. M. Rəsulzadənin onun üçün kim olması barədə sualı isə belə cavablayıb: “Rəsulzadə müstəqil Azərbaycan dövlətinin qurucularından biridir. Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov kimi şəxsiyyətlər Azərbaycanın fəxridir” Geri dön |