Gəncə şəhərində 78 yaşlı qadın dəm qazından boğulub.
Qarabaginfo.az xəbər verir ki, hadisə 1943-cü il təvəllüdlü şəhər sakini Rahilə Səidova yaşadığı evin hamamında çimən zaman baş verib.
Dəm qazından zəhərlənən qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.