Ana Sayfa > Karusel / Dünya > ABŞ yanvarda Rusiya ilə danışıqlara başlamağa hazır olduğunu bildirib

ABŞ yanvarda Rusiya ilə danışıqlara başlamağa hazır olduğunu bildirib


23-12-2021, 21:41. Yazar: Admin

Ağ Ev

 

Ağ Evdən bildirilib ki, ABŞ yanvardan etibarən Rusiya ilə təhlükəsizlik sahəsində danışıqlara başlaya bilər.

Qarabaginfo.az “Ria Novosti”yə istinadla xəbərinə görə, Ağ Evin rəsmisi deyib ki, yanvarda Rusiya ilə təhlükəsizliklə bağlı diplomatik təmaslar başlaya bilər. Lakin irəliləyiş yalnız Ukrayna ətrafında deeskalasiya mühiti formalaşdıqdan sonra mümkündür.

Ağ Evin rəsmisi əlavə edib ki, ABŞ ikitərəfli təmaslardan strateji təhlükəsizlik məqsədi ilə istifadə edəcək. Lakin substantiv irəliləyiş yalnız deeskalasiya mühitində mümkündür.(Apa)


Geri dön