Ana Sayfa > Karusel / İdman > Fərid Qayıbov erməniyə qalib gələn idmançını qəbul edib

Fərid Qayıbov erməniyə qalib gələn idmançını qəbul edib


23-12-2021, 21:08. Yazar: Admin

 

Fərid Qayıbov erməniyə qalib gələn idmançını qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov bu yaxınlarda Türkiyənin İstanbul şəhərində keçirilmiş, MMA döyüşü üzrə Yusif Fight Championship turnirində uğurla çıxış etmiş Gözəl Zutovanı və məşqçisi Yusif Əliyevi qəbul edib.

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyevin Qarabaginfo.az-a verdiyi məlumata görə, idmançını növbəti qələbəsi münasibətilə təbrik edən nazir ona qarşıdakı yarışlarda da uğurlar arzulayıb.

Qeyd edək ki, Zutova sözügedən turnirdə Ermənistan təmsilçisi Nare Narqarosyana 10 saniyəyə qalib gəlmişdi.


Geri dön