Ana Sayfa > Karusel / Siyasət > Xorvatiya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
Xorvatiya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib23-12-2021, 17:13. Yazar: Admin |
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Qarabaginfo.az məktubunu təqdim edir: “Hörmətli cənab Prezident, Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə nailiyyətlər arzulamaqdan şərəf duyuram. Cənab Prezident, xalqınızın rifahı və tərəqqisi üçün qarşıya qoyulan məqsədlərə çatmaqda Sizə uğurlar arzu edirəm. Əminəm ki, Xorvatiya və Azərbaycan bundan sonra da qarşılıqlı dostluğu və ikitərəfli əməkdaşlığı möhkəmləndirəcək və dərinləşdirəcəkdir. Buna görə də iqtisadi əlaqələrin təkmilləşdirilməsi istiqamətində birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident, Sizə ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”. Geri dön |