Ana Sayfa > Karusel / Sosial > Azərbaycanda son sutkada 854 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib
Azərbaycanda son sutkada 854 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib23-12-2021, 16:51. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 854 yeni yoluxma faktı qeydə alınıb, 1 569 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 613 059 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 591 724 nəfər müalicə olunaraq sağalıb, 8 257 nəfər vəfat edib, aktiv xəstə sayı 13078 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 462, ötən müddət ərzində isə ümumilikdə 5 788 891 test aparılıb. Geri dön |