Ana Sayfa > Karusel / İqtisadiyyat > Əmlak Məsələləri Dövlət Xidməti 11 ayda 1,5 milyon elektron xidmət göstərib

Əmlak Məsələləri Dövlət Xidməti 11 ayda 1,5 milyon elektron xidmət göstərib


23-12-2021, 16:38. Yazar: Admin

 

Əmlak Məsələləri Dövlət Xidməti 11 ayda 1,5 milyon elektron xidmət göstərib

Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti fiziki və hüquqi şəxslərə 1 493 089 elektron xidmət göstərib.

Bu barədə Qarabaginfo.az-a nazirlikdən bildirilib.

Məlumatda deyilir ki, hazırda qurum 44 növ elektron xidmət göstərir. Bunlardan 41-i interaktiv, 3-ü isə informativ xidmətlərdir. Xidmətlərin 29-u daşınmaz əmlakın qeydiyyatı, 10-u dövlət əmlakının özəlləşdirilməsi, 3-ü dövlət əmlakının idarə edilməsi və icarəsi, 2-si isə kadastr sahəsi ilə baölıdır.

İstifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Belə ki, 11 ayda daşınmaz əmlakın qeydiyyatı üzrə elektron xidmətlərdən istifadə sayı 1 299 780 olub. Ən çox istifadə olunan elektron xidmət isə “Elektron çıxarışın yoxlanması”dır. Bu xidmətdən istifadə sayı 1 183 644-dür.

Bundan başqa əmlak idarəçiliyi sahəsində onlayn xidmətlər də bu sahədə rahatlığı və operativliyi əhəmiyyətli dərəcədə artırıb. Belə ki, vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışı (Forma-1) notariuslarda onlayn rejimdə əldə edirlər. İlin ötən 11 ayı ərzində bu imkandan yararlanların sayı 167 503 təşkil edib.

Bu dövrdə qurumun digər fəaliyyət sahələri olan dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə 21 220 müraciət qəbul edilib. Qeyd edilən sahələr üzrə elektron xidmətlərin arasında ən çox istifadə edilən xidmət “Daşınmaz əmlak üzrə icarə və digər borcların ödənilməsi”dir. Bunlarla yanaşı, dövlət əmlakının özəlləşdirilməsi hərraclarında iştirak üçün sifarişlərin qəbulu da elektron xidmət vasitəsilə aparılır.


Geri dön