Ana Sayfa > Karusel / Region > Putin Rusiyanın Ukrayna münaqişəsində tərəf olmadığını açıqlayıb

Putin Rusiyanın Ukrayna münaqişəsində tərəf olmadığını açıqlayıb


23-12-2021, 15:37. Yazar: Admin

Putin Rusiyanın Ukrayna münaqişəsində tərəf olmadığını açıqlayıb

Rusiyanı Ukraynanın cənub-şərqindəki münaqişədə tərəf etmək istəyirlər. Amma Rusiya tərəf deyil.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin illik böyük mətbuat konfransında bildirib.

O, Rusiyanın Ukraynanın cənub-şərqindəki münaqişənin nizamlanmasında vasitəçi olduğunu söyləyib: “Rusiya vasitəçidir, amma onu tərəf etmək istəyirlər. Biz bunu istəmirik. Minsk razılaşmasında da Rusiya vasitəçi kimi qeyd olunub”.

Putin Donbasın taleyinin necə həll olunmalı olduğu ilə bağlı mövqeyini də açıqlayıb: “Donbasın gələcəyini onun sakinləri müəyyən edəcəklər”.


Geri dön