Ana Sayfa > Karusel / Gündəm > Kəmaləddin Heydərov Raul Zeynalova yeni vəzifə verdi

Kəmaləddin Heydərov Raul Zeynalova yeni vəzifə verdi


23-12-2021, 15:05. Yazar: Admin

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dünən general-mayor rütbəsi alan Raul Süleyman oğlu Zeynalova yeni vəzifə verib.

 

Nazirin müvafiq əmri ilə Raul Zeynalov FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə general-mayor FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin olunub.

 

Qeyd edək ki, Raul Zeynalov 27.04.1982-ci ildə Şəmkir rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

 

Qaynarinfo

 


Geri dön