Ana Sayfa > Karusel / Siyasət > Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik edib

Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik edib


23-12-2021, 12:41. Yazar: Admin

Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Qarabaginfo.az məktubu təqdim edir:

“Hörmətli İlham Heydər oğlu.

Altmış illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Uzun illərdir ki, mən Sizi istedadlı və mehriban insan, müdrik və uzaqgörən siyasi xadim, parlaq və səriştəli rəhbər kimi tanıyıram. Siz həyatınızı Vətənə fədakarcasına xidmətə həsr etmisiniz və bunun müqabilində ən yüksək mükafata – Azərbaycan xalqının səmimi sevgisinə və ehtiramına layiq görülmüsünüz. Siz milli həmrəyliyi və çoxəsrlik ənənələri qoruyub saxlamaqla ölkənizi tərəqqi və quruculuq yolu ilə inamla irəli aparırsınız, haqlı olaraq beynəlxalq arenada nüfuz və hörmət qazanmısınız.

Azərbaycanın inkişafına və firavanlığına görə üzərinizə çox böyük məsuliyyət düşür və Siz bu mürəkkəb missiyanı parlaq şəkildə yerinə yetirirsiniz. Zəngin təcrübəniz və öz işinizə sədaqət Sizin ən mürəkkəb məsələlərin öhdəsindən gəlməyinizə, milyonlarla həmvətəninizin taleyinin asılı olduğu düzgün qərarlar qəbul etməyinizə kömək edir.

Rusiya Federasiyasında Sizin Azərbaycan Respublikası və onun vətəndaşları qarşısında mühüm xidmətləriniz haqqında bilirlər. Strateji tərəfdaşlığın möhkəmlənməsinə qiymətli töhfəniz ölkələrimizin möhkəm dostluğunun rəhni olub.

Rusiya və Azərbaycanın topladığı əməkdaşlıq təcrübəsi parlament xətti üzrə sabit əlaqələri əhatə edir. Əminəm ki, Sizin dəstəyinizlə bu mühüm qarşılıqlı əlaqə kanalı bundan sonra da bütün ikitərəfli münasibətlərin, regional və beynəlxalq gündəlikdəki aktual məsələlərdə birgə səylərin koordinasiyasının səmərəli vasitəsi kimi qalacaq.

Sizinlə görüşlərimizi və söhbətlərimizi həmişə səmimiyyətlə xatırlayıram, aramızda yaranmış inam və etimadı çox yüksək qiymətləndirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, nikbinlik, ən cəsarətli planlarınızın reallaşmasında uğurlar və müvəffəqiyyətlər arzu edirəm. Qoy Sizin liderlik keyfiyyətləriniz, tükənməz enerjiniz, xalqın Sizə inamı və dəstəyi gündən-günə firavanlaşan Azərbaycanın yeni nailiyyətlərinin möhkəm təməli olsun.

Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.


Geri dön