Ana Sayfa > Karusel / Təhsil > Bakıdakı müəllimlərin 90 faizi peyvənd olunub
Bakıdakı müəllimlərin 90 faizi peyvənd olunub23-12-2021, 11:05. Yazar: Admin |
![]() Paytaxtda təhsil işçilərinin 33 968 nəfəri vaksinasiya prosesinə qoşulub. Bu göstərici paytaxtın təhsil müəssisələrində çalışanların təxminən 90 faizi həddindədir. Bakı Şəhəri Təhsil İdarəsindən Qarabaginfo.az-a verilən məlumata görə, onlardan 8 820 nəfəri artıq 3-cü doza peyvənd olunub. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi həyata keçirilir. Bu məqsədlə hazırda Bakı şəhərində yerləşən 2 ümumi təhsil məktəbində (278, 316) peyvənd məntəqəsi fəaliyyət göstərir.
Qeyd edək ki, BŞTİ-nin kollektivi də vaksinasiya prosesinə ilk qoşulanlardandır. Geri dön |