Ana Sayfa > Karusel / Dünya > ABŞ və Rusiya danışıqlarında Avropa İttifaqı da iştirak edəcək

ABŞ və Rusiya danışıqlarında Avropa İttifaqı da iştirak edəcək


23-12-2021, 07:26. Yazar: Admin

 

ABŞ və Rusiya danışıqlarında Avropa İttifaqı da iştirak edəcək

ABŞ və Avropa İttifaqının diplomatik xidmət rəhbərləri Rusiya ilə gələcək danışıqları birgə aparmağa razılaşıblar.

Bu barədə Qarabaginfo.az “TASS”a istinadən xəbər verir.

Razılıq Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında aparılan danışıqlardan sonra əldə olunub.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, ABŞ hakimiyyəti Rusiyaya qarşı aqressiv hərəkətlər planlaşdırmır. O əlavə edib ki, Vaşinqton və Moskva arasında diplomatik təmas yaxşı əlamətdir.


Geri dön