Ana Sayfa > Karusel / İqtisadiyyat > Mikayıl Cabbarov: "Bu il Azərbaycanda ÜDM-in artım tempi bizim proqnozlardan yüksək olub"

Mikayıl Cabbarov: "Bu il Azərbaycanda ÜDM-in artım tempi bizim proqnozlardan yüksək olub"


23-12-2021, 00:29. Yazar: Admin

 

Mikayıl Cabbarov: Bu il Azərbaycanda ÜDM-in artım tempi bizim proqnozlardan yüksək olub
Mikayıl Cabbarov

"Bu il Azərbaycanda ÜDM-in artım tempi proqnozlardan yüksək olub".

Qarabaginfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bu il Azərbaycanda ÜDM-in artım tempi 2021-ci ilin sonu üçün 3,4% həcmində proqnozlaşdırılsa da, Beynəlxalq Maliyyə Təşkilatı buna skeptik yanaşırdı:

"Onlar 1,7 %-dən yuxarı artım tempi görmürdülər. Lakin 11 ayın yekununda Azərbaycanda ÜDM-in artım tempi 5,3 faiz səviyyəsində qeydə alınıb ki, bu göstərici bizim öz proqnozlarımızdan yuxarıdır. Təbii olaraq aidiyyəti qurumlar da proqnozlarını yeniləyib və artırıb. Qeyri-neft sektorunda bu artım tempi daha da yüksək olub - 6,4%".

Nazir qeyd edib ki, burada vergi güzəştləri, investisiya təşviqi sənədi, ölkənin müxtəlif bölgələrində sənaye parklarının yaradılması, biznes mühiti, lisenziyalaşdırılmanın sadələşdirilməsi əsas rol oynayır: "Bu il qeyri-neft sənayesində 20 faizdən çox artım qeydə almışıq, qeyri-neft ixracı 44 faiz artıb ki, bu da həqiqətən yüksək rəqəmdir. Biz ilin sonuna qədər 2,6 milyard ABŞ dolları həcmində qeyri-neft ixracı nəzərdə tuturuq. Müstəqiliyimiz dövründə qeyri-neft ixracı 1,9 milyard ABŞ dollarından yuxarı olmayıb. Bu, tarixən yüksək göstəricidir. Həmçinin, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi də artaraq 53 milyard ABŞ dollarına çatıb’’.


Geri dön