Ana Sayfa > Karusel / Siyasət > Ermənistan Təhlükəsizlik Şurasının katibi Bakıya səfər etməyə hazırdır

Ermənistan Təhlükəsizlik Şurasının katibi Bakıya səfər etməyə hazırdır


22-12-2021, 23:46. Yazar: Admin

 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Bakıya səfər etməyə hazırdır

“Erməni tərəfi regional məsələləri müzakirə etmək üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazırdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Biz Ermənistan-Türkiyə münasibətlərinin ikitərəfli formatda müzakirəsini görürük, lakin bu məsələnin “3+3” formatında müzakirəsi üçün əsas olarsa, bu fürsətdən istifadə edərək bir-birimizin mövqelərini aydınlaşdıracağıq. Lazım gələrsə, biz həm Ankaraya, həm Bakıya getməyə, həm də bu ölkələrin nümayəndə heyətlərini İrəvanda qəbul etməyə hazırıq”, - deyə o qeyd edib.

A. Qriqoryan qeyd edib ki, Ermənistan tərəfi regional məsələlər üzrə işləməyə və müzakirə təşkil etməyə hazırdır.(Report)


Geri dön