Ana Sayfa > Karusel / Siyasət > Hüseyn Əmir Abdullahian: “Region ölkələri öz problemlərini özləri həll edə bilər”

Hüseyn Əmir Abdullahian: “Region ölkələri öz problemlərini özləri həll edə bilər”


22-12-2021, 22:12. Yazar: Admin

Hüseyn Əmir Abdullahian: “Region ölkələri öz problemlərini özləri həll edə bilər”

“Aşqabadda İran və Azərbaycan Prezidentlərinin görüşündə liderlər dördlük formatının təşkili barədə razılaşıblar”.

Qarabaginfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian xarici işlər naziri Ceyhun Bayramovla Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

İranlı nazir bildirib ki, bura Azərbaycan, Rusiya, Türkiyə və İran daxil olacaq: “Biz bu platformanın uğuru üçün çalışacağıq. Region ölkələri öz problemlərini özləri həll edə bilər, regiondan xaric ölkələrin müdaxiləsinə ehtiyac yoxdur, bizim onların köməyimə ehtiyacımız yoxdur, onların bizim regionda yeri ola bilməz, region ölkələrinin öz məsələlərini həll etmək üçün iradələri var”.

Biz regional əməkdaşlığının gücləndirilməsinin tərəfdarıyıq. Region ölkələrinin iştirakı ilə yaradılan platformalar bizim üçün pəncərədir. Bu platformaların gücləndirilməsi region xarici ölkələrin təsiri azaldır və region ölkələri arasında eyni siyasi ədəbiyyatı formalaşdırır, deyə nazir vurğulayıb.


Geri dön