Xırdabuynuzlu heyvanlar aqrar sığortanın predmeti sırasına daxil edilib. Qarabaginfo.az-ın məlumatına görə, bu, Nazirlər Kabineti bununla bağlı “Aqrar sığorta predmetinin Tərkibi”ndə müvafiq dəyişiklik edib. Beləliklə, 11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar sığortalanacaq. Eyni zamanda sığortalanan iribuynuzlu mal-qaranın əhatə dairəsi də genişlənib. İndiyə qədər 1 yaşdan 7 yaşa qədər südlük inək və camışlar aqrar sığorta predmeti olub. Dəyişikliyə əsasən, artıq südlük istiqaməti üzrə 11-ci gündən 7 yaşa qədər, ətlik istiqaməti üzrə 11-ci gündən 3 yaşa qədər iribuynuzlu mal-qara sığortalanacaq.
Geri dön
|