“Belə hallar təbii ki, pisdir. Heç kəs rüşvət almamalıdır, təmiz işləməlidir. Mənim bacım qızının başına daş düşsün, səhv edib, işdən çıxarıblar. Kim səhv edirsə, işdə nöqsanlara yol verirsə, onu vəzifəsindən azad etmək lazımdır”, - Abid Şərifov belə deyib.
Qeyd edək ki, Abid Şərifov özü də baş nazirin müavini kimi “çox təmiz işləyirdi” və onun özünün, ailə üzvlərinin çoxsaylı biznes aktivləri, mülkləri barədə mətbuatda çoxsaylı faktlara rast gəlmək olar. Məsələn, uzun illər ərzində büdcə vəsaitləri hesabına iri infrastruktur və tikinti layihələrini icra edən “Evrascon” tikinti şirkətinin Abid Şərifovun ailə biznesinə aid olduğu çoxdan məlumdur. O cümlədən onun ailə üzvlərinin Avropada da çoxsaylı aktivləri var. Məsələn, Abid Şərifovun 29 yaşlı nəvəsi Nicat Mahmudovun Londonda biznesi, Şəkidə bu yaxınlarda istifadəyə verilmiş otel-istirahət kompleksi və digər aktivləri mövcuddur.(virtualaz.org)