Ana Sayfa > Karusel / İdman > Vüqar Əhmədov: "Qarabağda avarçəkmə ilə bağlı genişmiqyaslı işlər görəcəyik"
Vüqar Əhmədov: "Qarabağda avarçəkmə ilə bağlı genişmiqyaslı işlər görəcəyik"22-12-2021, 16:41. Yazar: Admin |
"Bu, mənim üçün böyük etimaddır. Buna görə minnətdaram. Etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Avarçəkmə sahəsində böyük nailiyyətlərin əldə olunması üçün əlimizdən gələni edəcəyik". Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Avarçəkmə Federasiyasının yeni prezidenti Vüqar Əhmədov hesabat-seçki konfransından sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, təkcə Mingəçevirdə deyil, digər bölgələrdə də gəncləri bu idman növünə cəlb edəcəklər: "Mingəçevirdə olduq, orada avarçəkmənin inkişafından xəbərdarıq. Bakı, Bakı ətrafı və Şirvanda bu sahənin inkişafına, nailiyyətlərin əldə olunmasına çalışacağıq". Əhmədov bu sahə ilə ciddi məşğul olacaqlarını vurğulayıb: "Baxmayaraq ki, bu sahə bizim üçün yenidir. Təkcə Mingəçevir üzərində sistem qurulmayacaq. Hətta Qarabağda da bunu edəcəyik. 30 ildən sonra torpaqlarımız azad olunub. Orada genişmiqyaslı işlər görəcəyik. İndidən hazırlaşmaq lazımdır. İlkin olaraq, dekabrın 24-də federasiya əməkdaşları ilə görüşəcəyik. Bu, çox gözəl sahədir. Təkcə Mingəçevirlə olmaz. Bir neçə klubumuz olub, onları bərpa etməyə çalışacağıq". Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə təyinatla bağlı bunları söyləyib: "Ümid edirəm ki, federasiya fəaliyyətini gücləndirər, qarşıdakı olimpiadada iştirakı təmin edə bilərik. 2032-ci ildə isə medal gözləmək olar". Geri dön |