İndiyədək Azərbaycana koronavirus əleyhinə 14 92 460 vaksin gətirilib.
Qarabaginfo.az xəbər verir ki, gələn il üçün ölkəyə əlavə olaraq 4 milyon 431 min doza vaksinin gətirilməsi planlaşdırılır.
Qeyd edək ki, hazırda Azərbaycanda “CoronaVac”, “AstraZeneca/Vaxzevria”, “Biontech/Pfizer” və “Sputnik V” vaksinləri istifadə olunur.