Qarabaginfo.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Erməni-Amerika Araşdırmaları Mərkəzinin direktoru Suren Sarkisyan fikir səsləndirib:
1. “Artsax” Azərbaycana təslim edildi;
2. “Erməni Soyqırımı”nın beynəlxalq səviyyədə tanınması faktiki olaraq xarici siyasət gündəmimizdən çıxarıldı;
3. Yaxın gələcəkdə ən son ilkin şərt yerinə yetiriləcək – Zəngəzur dəhlizinin açılması;
Suren Sarkisyan xatırladıb ki, hələ 1992-ci ildə Türkiyə Ermənistana Müstəqillik Bəyannaməsindən, “11. Ermənistan Respublikası Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda 1915-ci il erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasının tərəfdarıdır” bəndini çıxarmaq üçün ilkin şərt irəli sürüb. Onun sözlərinə görə, ilkin şərt Ermənistanın gerbindən Ağrı dağının təsvirinin çıxarılması da olub. Çünki bu, Türkiyəyə qarşı ərazi iddiası tələbi hesab olunur. Sarkisyan əlavə edib ki, yeni Konstitusiyanın hazırlanması zamanı bu məsələ həll oluna bilər.
“İndi görünən odur ki, Ermənistan və Türkiyə diplomatik münasibətlərin qurulmasına dair sənədlər imzalayacaq. Ermənistanın Türkiyənin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığını təsbit edəcək sənədə qol çəkiləcək” – Suren Sarkisyan vurğulayıb.(konkret.az)