Ana Sayfa > Karusel / Gündəm > Keçmiş mədəniyyət naziri axtarışa verildi
Keçmiş mədəniyyət naziri axtarışa verildi22-12-2021, 12:38. Yazar: Admin |
Ermənistanın keçmiş mədəniyyət naziri Asmik Poqosyan axtarışdadır, onun barəsində qiyabi həbs qərarı çıxarılıb. Qarabaqinfo.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb. Qeyd olunur ki, Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə Erməni Cəmiyyətinin idarə heyətinin üzvü Qor Davtyan, təşkilatın rəhbəri, Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan və sədrin birinci müavini və keçmiş mədəniyyət naziri Asmik Poqosyan cinayət sxemini həyata keçiriblər.
Geri dön |