Ana Sayfa > Karusel / Sosial / Cəmiyyət > “Omikron” ştammı 106 ölkədə yayılıb - ÜST

“Omikron” ştammı 106 ölkədə yayılıb - ÜST


22-12-2021, 11:59. Yazar: Admin

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verir ki, bu günə kimi 106 ölkədə koronavirusun “omikron” ştammı aşkar edilib.

Qarabaqinfo.az-ın məlumatına görə, ÜST-nin həftəlik epidemioloji bülletenində deyilir:

"21 dekabr 2021-ci il tarixinə (CET 14:00) “omikron” variantı 106 ölkədə aşkar edilib”.

Təşkilat vurğulayır ki, “omikron” ştammı ilə bağlı ümumi risk çox yüksək olaraq qalır.

 

ÜST bəyan edib ki, son sübutlara görə, “omikron” variantı delta stamina nisbətən artım üstünlüklərinə malikdir və sürətlə yayılır. Üstəlik, bu yayılma əhali arasında immuniteti yüksək olan ölkələrə də aiddir.

“İlkin peyvənd seriyası” keçirmiş xəstələrdə, həmçinin əvvəllər COVID-19-a yoluxmuş xəstələrdə “omikron” ştammının zərərsizləşdirilməsi azalır”.


Geri dön