Ana Sayfa > Karusel / Gündəm > Tehran metrosunda iki qatar toqquşub, yaralananlar var

Tehran metrosunda iki qatar toqquşub, yaralananlar var


22-12-2021, 11:05. Yazar: Admin

 

Tehran metrosunda iki qatar toqquşub, yaralananlar var

İranın paytaxtı Tehranın metropolitenində iki qatarın toqquşması nəticəsində 10 nəfər yaralanıb.

Qarabaginfo.az “Merh” agentliyinə istinadən xəbər verir ki, bu barədə yanğınsöndürmə xidmətinin mətbuat katibi Seyid Cəlal Maliki bildirib.

Onun sözlərinə görə, hadisə metronun “Çitqar” stansiyasında baş verib. Yaralılardan birinin vəziyyəti ağırdır. Toqquşan vaqonlardan 18 nəfər sağ çıxarılıb.

Hadisə yerində xilasedicilər fəaliyyət göstərir.


Geri dön