Ana Sayfa > Karusel / Kriminal > Bakıda "Jeep" ər-arvadı vuraraq öldürüb

Bakıda "Jeep" ər-arvadı vuraraq öldürüb


22-12-2021, 10:17. Yazar: Admin

 

Bakıda "Jeep" ər-arvadı vuraraq öldürüb

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu Mərdəkan şosesi istiqamətində yolda qeydə alınıb.

Bakı şəhər sakini Rövşən Əsgərov idarə etdiyi "Jeep-Grand Cherokee" markalı avtomobillə yolda hərəkət edən zaman piyadalar üçün nəzərdə tutulmayan yoldan keçən 1961-ci il təvəllüdlü Möhtərəm Kazımova və onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Zahid Kazımovu vurub. Nəticədə piyadalar aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanılıb.


Geri dön