Ana Sayfa > Karusel / Kriminal > Narkotikin təsiri altında avtomobil idarə edən daha iki nəfər saxlanılıb

Narkotikin təsiri altında avtomobil idarə edən daha iki nəfər saxlanılıb


22-12-2021, 09:48. Yazar: Admin

Narkotik vasitənin təsiri altında maşın sürən bir neçə nəfər ələ keçdiNarkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 21-də Sabirabad rayonu ərazisində Saatlı rayon sakini Səxavət Şükürovun idarə etdiyi “VAZ-2107” və Göyçay rayon sakini Vüsal Malışovun idarə etdiyi “Mercedes” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 333.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub.

Sabirabad rayon məhkəməsinin qərarları ilə S.Şükürov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib, V.Malışov isə 400 manat məbləğdə cərimələnib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Geri dön