Ana Sayfa > Karusel / Dünya > Kosmik teleskopun buraxılışı yenidən təxirə salındı

Kosmik teleskopun buraxılışı yenidən təxirə salındı


22-12-2021, 08:21. Yazar: Admin

Kosmik teleskopun buraxılışı yenidən təxirə salındı

“James Webb” kosmik teleskopunun fəzaya göndərilməsi yenidən təxirə salınıb.

Qarabaginfo.az xəbər verir ki, buna səbəb Fransa Qvianasındakı Quru poliqonundakı əlverişsiz hava səbəb olub.

Növbəti buraxılış dekabrın 25-nə təyin edilsə də, hər şey sabahkı hava proqnozundan asılı olacaq. Teleskopu fəzaya “Ariane 5” raketi qaldıracaq.
Astronomlar hazırlanmasına 30 ilədək vaxt sərf olunmuş teleskopun Yeni ilədək fəzaya göndərilməsini gözləyirlər. NASA-nın layihələndirdiyi texnika Kanada və Avropanın avadanlıqları ilə təchiz olunub.
“James Webb” 1990-cı ildə orbitə qaldırılmış “Hubble” kosmik teleskopunu əvəz edəcək. o, günəşətrafı orbitdə, Yerdən 1,5 milyon kilometr məsafədə işləyəcək.


Geri dön