Ana Sayfa > Karusel / Dünya > İlon Mask bu il ödədiyi verginin məbləğini açıqladı
İlon Mask bu il ödədiyi verginin məbləğini açıqladı21-12-2021, 21:57. Yazar: Admin |
Amerikalı milyarder İlon Mask il ərzində vergi orqanlarına ödədiyi məbləği açıqlayıb. Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Time” jurnalı tərəfindən 2021-ci ilin adamı elan edilən Maska qarşı münasibət birmənalı olmayıb. O, vergi ödəməməkdə ittiham edilib. Milyarder ittihamları rədd edərək milyardlarla dollar vergi ödədəyini və hələ də öz evinin olmadığını deyib: “Bu məsələ ilə bağlı narahat olanlara deyirəm: Mənim 2021-ci ildə ödədiyim vergi 11 milyard dollardan çox olub. Bu vergini ödəmək üçün əlavə tədbirlərə getməli olmuş və “Tesla”nın səhmlərinin bir hissəsini satmışam”.(Qafqazinfo)
Geri dön |