Ana Sayfa > Karusel / Region > Erməni sakin: “Bəli, erməni türkdən çox pisdir, türkün adı çıxıb…” - VİDEO

Erməni sakin: “Bəli, erməni türkdən çox pisdir, türkün adı çıxıb…” - VİDEO


21-12-2021, 17:49. Yazar: Admin
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Ermənistanın Basarkeçər rayonunda (Vardenis) “Yerkir Daily” çəkiliş qrupunun yerli əhali arasında apardığı sorğuda yerli sakinlərdən biri deyib.
Sorğuda bu suallar qoyulub: azərbaycanlılarla sərhəd gərginliyi və qarşıdurması ilə bağlı hansı narahatçılıqlar var; azərbaycanlılarla birgə yaşayacaqlarmı; hökumətin türklər və azərbaycanlılarla dostluq siyasətinə müsbət yanaşırlarmı.
Sorğuda bu söhbətlər yer alıb:
– Siz türklərdən narahat olub qorxmayın, Vardenisin əclaf, türkləşmiş sakinlərdən qorxun, – sakinlərdən biri jurnalistə deyir.
– Sizi bu saat daha çox narahat edən hansı problemlərdir: Azərbaycanlıların buralara yaxınlaşması, yoxsa borclarınız?
– Odur, azərbaycanlılar rayondadır, qaçın, siz də qaçın. – Vardenis sakinləri jurnalistə deyirlər.
– Basarkeçərlilər qorxaq deyillər ki, qaçsınlar. Kimlər ki satqındır, qoy onlar qaçsın.
– Yerli əhali heç vaxt qaçmaz buralardan.
– Lap yaxşı qaçıblar, necə qaçmayıblar ki, bir binada yalnız iki ailə qalıb.
– Siz nə üçün Basarkeçər adlandırırsınız Vardenisi? Axı bu ad azərbaycancadır, – jurnalist sual verir.
– Çünki Basarkeçər əvvəl də belə adlanıb. Burda hansı kəndlərin adı azərbaycanca deyil ki? Bütün kəndlərin adı azərbaycanca olub.
– İndi azərilər Geğarkunik vilayətində, Vardenisdədilər və burdakı bütün kəndlər təhlükə altında, hədəfdədirlər. İndi bu sizi narahat etmirmi? Bundan qorxmursunuzmu?
– Əlbəttə ki, narahat edir. Nə edə bilərik. Paşinyanın günahı yoxdur, yuxarıdan, Moskvadan nə deyirlərsə, o da onu edir.
– Amma bu gün Paşinyan türklərlə-azərilərlə danışıqlara başlayıb, bu, sizi narahat etmir?
– Bəs neyləsin, insanları qırğına göndərsin?
– Əgər bir erməni 25 yaşlı gənci evindən aşağı çağırıb, arxadan güllə ilə vurursa, onda necə sən ermənini müdafiə edirsən? Bəs bu erməni türkdən pis deyil? Bu necə belə olar ki, erməni mənim balamı arxadan güllə ilə öldürür? Bu erməni türkdən də pisdir. Niyə qorxursuz türkdən? Bəli, erməni türkdən çox pisdir. Türkün adı çıxıb, siz bir bizimkilərin pisliklərindən yazın.
– Bu qadının 25 yaşlı övladını blokda avtomat gülləylə öldürüblər. Artıq üç aydır ki, heç-bir tədbir görülməyib, cavabdehlik daşıyan yoxdur. Belə də şey olar?..

Geri dön