Ana Sayfa > Karusel / Gündəm > DİN silahla foto paylaşan vəzifəli şəxslər haqda araşdırmaya başladı
DİN silahla foto paylaşan vəzifəli şəxslər haqda araşdırmaya başladı21-12-2021, 17:49. Yazar: Admin |
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə silahla foto paylaşan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı açıqlama verib. Mətbuat xidmətinin Lənkəran regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılmış həmin görüntülər araşdırılıb: “Müəyyən olunub ki, Cəlilabad rayon sakinləri, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru A.İsmiyev 12 kalibrli “Huğlu Renova”, həmin mərkəzin direktor müavini S.Şahmarov isə “Sayqa 410” markalı ov tüfəngləri ilə Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində yerləşən meşə dolayında fotoşəkillər çəkdirərək sosial şəbəkələrdə paylaşıblar. Həmin ov silahları onların özünə məxsusdur və müvafiq sənədləri var. Hazırda faktla bağlı Masallı Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılır”. Geri dön |